Yunusbek Yevkurovun istefası - VİDEO

Yunusbek Yevkurovun istefası - VİDEO
İnquşetiya rəhbərinin bu müraciəti cəsarətli addım sayılır

Rusiyanın İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurovun istefa bəyanatı qonşu ölkədə onun tərəfindən atılan cəsarətli və düzgün addım kimi qiymətləndirilir. Rusiyalı politoloq Maksim Şevçenko hesab edir ki, Çeçenistanla sərhəd məsələsi ilə bağlı saziş imzaladıqdan sonra kütləvi etirazla qarşılanan və inquş xalqı arasında artıq nüfuzunu itirən Yunusbek Yevkurov bu qərarı ilə həm də bir zabit olaraq öz qətiyyətini göstərdi:

Qeyd edək ki, İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov iyunun 24-də istefa barədə Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəyini deyib. O bunu respublikanın milli televiziyası ilə yayımlanan çıxışında bildirib. Yevkurov deyib ki, hazırda inquş xalqının birliyinin sarsıldığını müşahidə edir:

“Cəsarətlə demək lazımdır ki, biz hamımız – təmsil etdiyim hakimiyyət, ictimai, dini və digər təşkilatlar bölünüb. Hər birimiz seçim qarşısındayıq – ya şəxsi maraqlar, ya da respublikanın maraqları. Maraqlı olan tərəfləri seçim etməyə çağırıram. Mən bir inquş, vətənpərvər, zabit kimi seçimimi etdim. Mənim üçün asan olmayan bu qərarı qəbul etməklə söz verirəm ki, ölkəmizin və doğma İnquşetiyamızın inkişafı üçün əlimdən gələni edəcəm” - deyə İnquşetiya rəhbəri bildrib. 

Xatırladaq ki, ötən ilin dekabrında Yevkurov mətbuat-konfransında müxalifətin təzyiqlərinə baxmayaraq, yaxın vaxtlarda postundan getməyəcəyini demişdi.

O, 2018-ci ilin sentyabrında üçüncü müddətə İnquşetiyanın rəhbəri seçilmişdi. Elə həmin ilin oktyabrında Çeçenistanla sərhəd məsələsi ilə bağlı saziş imzaladıqdan sonra minlərlə etirazçı onun istefasını tələb etmişdi. 11 ildir ölkənin rəhbəri olan Yevkurovun səlahiyyətləri 2023-cü ildə bitirdi. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə