Rusiyadan deportasiya olunmuş jurnalist Fuad Abbasov artıq Bakıdadır - VİDEO, YENİLƏNİB

Rusiyadan deportasiya olunmuş jurnalist Fuad Abbasov artıq Bakıdadır - VİDEO, YENİLƏNİB
Jurnalist Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb

Rusiyadan deportasiya olunmuş azərbaycanlı jurnalist Fuad Abbasov artıq Bakıdadır.

REAL APA-ya istinadla xəbər verir ki,  onu gətirən təyyarə artıq Heydər Əliyev adına Hava Limanına enib.

 

******

21:09

Azərbaycanın Rusiyadakı Səfirliyi jurnalist Fuad Abbasovun Rusiyadan deportasiyası ilə əlaqədar məlumat yayıb.

REAL xəbər verir ki, məlumatda bildirilir ki, "25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarəti altında Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb".

Fuad Abbasovun vəkili Teyyub Şərifov jurnalistin azadlığa buraxılmasında göstərdiyi köməyə görə Azərbaycanın Rusiyadakı Səfirliyinə təşəkkür edib:

"O artıq yola salınıb. Biz buna uzun müddət idi hazırlaşırdıq. Buna görə də heç bir məlumat və müsahibə vermirdik. Çünki prosesə mane olmaq istəmirdik.Təyyarə yola düşdükdən sonra məlumat yaydıq. Azərbaycan konsulluğuna və səfirliyinə xüsusi təşəkkür edirik. Onlar böyük kömək etdilər. Bundan sonra biz vəkillər onun hüquqlarının bərpası ilə məşğul olacağıq".

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu mayın 18-də həbs etmişdi

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə