AŞPA-nın yay sessiyası - VİDEO

AŞPA-nın yay sessiyası - VİDEO
Q.Paşayeva Ermənistanın azərbaycanlılara qarşı cinayətlərindən danışıb

AŞPA-nın yay sessiyası davam edir. Sessiyada çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Q.Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb və AŞPA-nı bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi üçün sərt addımlar atmağa çağırıb.

"Qadınlara qarşı zorakılıq insan haqları pozuntusudur və ona qarşı birlikdə mübarizəmizi daha da gücləndirməliyik. Burada qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində maraqlı təkliflər, fikirlər səsləndi və biz onları dəstəkləyirik. Mən burada silahlı münaqişələr zamanı zorakılıq qurbanı olan qadınların adından danışaraq onların sizə çağırışlarını da səsləndirmək istəyirəm. Silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı bu dəhşətli acını yaşamışdır. Ermənistanın ölkəmizə silahlı təcavüzü və torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə məruz qalmışdır. Bu gün də yüzlərlə əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur. Bu gün də onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır və öz evlərinə dönə bilmirlər. Çünki Ermənistan BMT-nin o cümlədən AŞPA-nın qəbul etdiyi qətnamələri yerinə yetirməkdən imtina edir. Biz təşkilatımızı hüquqları Ermənistan tərəfindən pozulmaqda davam edən azərbaycanlı məcburi köçkün qadınların, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş, yaralanmış, əsir götürülmüş azərbaycanlı qadınların ailələrinin səslərini, çağrışlarını duymağa, bu dəhşətli cinayətləri törədənlərin layiq olduqları cəzanı alması, ədalətin öz yerini tapmasına daha fəal dəstək olmağa çağırırıq. Bu müzakirələri və ümumiyyətlə Assambleyamızın işini burada çox sayda Azərbaycan qadın qeyri-hökumət təşkilatları da izləyir. Onlar da sizi bu həssas məsələyə daha çox diqqət ayırmağa və addımlar atmağa çağırırlar".

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə