Moskvada Azərbaycan Mədəniyyəti Günü - VİDEO

Moskvada Azərbaycan Mədəniyyəti Günü - VİDEO
Moskvada Azərbaycan Gənclər Təşkilatı 10 illiyini qeyd edir

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGB) tərəfindən qurumun 10 illiyi münasibətilə Azərbaycan Mədəniyyəti Günü keçirilib. 

Moskvanın ən mənzərəli guşələrindən birində - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” nəbatat bağında təşkil olunan Azərbaycan Mədəniyyəti Günü Heydər ƏliyevFondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın iştirakı ilə baş tutub.

Tədbirin əvvəlində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. Daha sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, və digərlərinin çıxışı ilə Azərbaycan Mədəniyyət Günü davam edib.

Mədəniyyət Günü çərçivəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəallarının mükafatlandırılması mərasimi də keçirilib. Leyla Əliyeva fərqlənənlərə “Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının ən fəal könüllüsü”, “Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının ən uğurlu idmançısı”, “Ən yüksək müvəffəqiyyət dərəcəsi olan tələbə”, “Ən fəal regional bölmələr”, “Təşkilatın həyatında səmərəli fəaliyyətinə görə” nominasiyalarında xatirə diplomları təqdim edib.

Bayram tədbiri ustad dərsləri, sərgilərin keçirildiyi musiqi alətləri, geyimlər və xalçalarla bəzədilmiş xüsusi fotozonalarda, konsert proqramı ilə davam edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə