Azərbaycanlı kikboksçu Çində keçirilən beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı kikboksçu Çində keçirilən beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı kikboksçu Ramal Aslanov Çində keçirilən beynəlxalq yarışın qalibi olub.

REAL Report-a istinadla xəbər verir ki, "Lord" ləqəbli Aslanov Su Liu adlı yerli idmançını məğlubiyyətə uğradıb.

Döyüşü barədə danışan 27 yaşlı kikboksçu güclü rəqibə qalib gəldiyini açıqlayıb: "FF döyüş təşkilatının ən güclüləri burada yarışırdı. Mən 2016-cı ildə Çində Qran Prinin qalibi olmuşdum. Ən güclü 8 idmançı arasında birinci yeri tutmuşdum. İndi qarşılaşdığım Su Liu adlı çinli idmançı isə 2018-ci ildə bu turnirin qalibi olmuşdu. Üstəlik, o, "Glory 57"nin də çempionu idi".

Aslanov rəqibini necə məğlub etməsindən də danışıb: "Döyüş çətin keçdi. Bu dəfə taktikada dəyişiklik etmişdim. Çünki rəqiblərim bilir ki, əl zərbələrim güclüdür. Ona görə də bu dəfə döyüş vaxtı daha çox ayaq və diz zərbələrinə üstünlük verdim. Nəticədə xal hesabı ilə rəqibimə qalib gəlib kuboku qazandım".

Təcrübəli idmançı yarışa əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi altında çıxdığını və qarşılaşmadan sonra Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevdən təbrik aldığını da əlavə edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə