60 mənzil təqdim olundu - VİDEO

60 mənzil təqdim olundu - VİDEO
Şəhid ailələrinə və müharibə əlillərinə yeni mənzillər verildi

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə 60 şəhid ailəsi və Qarabağ müharibəsi əlili həm də yeni mənzilə sahib olmalarının sevincini yaşadı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınan mənzillər öz sahiblərinə təqdim edildi.

Mənzillərin sənədlərinin təqdim edilməsi mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ölkədə aparılan uğurlu sosial siyasətdən danışaraq atılacaq növbəti addımlar barədə məlumat verdi.

Daha sonra yeni mənzillərin sənədləri və açarları şəhid ailələri və qarabağ müharibəsi əlillərinə təqdim edildi.

Bayram günündə yeni mənzil almalarına sevinənlər içərisində göz yaşlarını saxlaya bilməyənlər də oldu.

Qey edək ki, təqdim olunan təmirli mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə