Prezident İlham Əliyev Vəfa Zeynalovaya mənzil hədiyyə edib

Prezident İlham Əliyev Vəfa Zeynalovaya mənzil hədiyyə edib

Prezident İlham Əliyev Əməkdar artist Vəfa Zeynalovaya mənzil hədiyyə edib.

REAL-ın xəbərinə görə, bu barədə aktrisanın özü facebook-da məlumat yayıb.

O, ölkə başçısına təşəkkür ünvanlayıb:

“Möhtərəm cənab Prezident, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il kecir. Bu bayram münasibəti ilə Siz başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! 

Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlğımı bildirirəm. İncəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdıgınıza görə, sənətə və sənətkarlara sahib cıxmağınıza görə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah dövlətimizi, xalqımızı və sizi qorusun”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə