Təhlükəsiz istirahət - VİDEO

Təhlükəsiz istirahət - VİDEO
Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi müraciət etdi

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi valideynlərə müraciət etdi. Valideynlərə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görüb.

Komitənin müraciətinə səbəb iyunun 22-də "Meqafan" kimi tanınan uşaq əyləncə mərkəzində qazla doldurulmuş daha dəqiqi heliumla şişirdilmiş şarların partlaması nəticəsində 3-ü uşaq olmaqla 10 nəfərin yaralanması faktıdır. Bu sahə ilə məşğul olan tədbir təşkilatçıları isə bildirir ki,əslində helium partlayışa səbə olacaq qaz deyil.

Qısaca deyim ki, propan qazı insan orqanizmi üçün zərərlidir. Neft məhsullarının parçalanması zamanı əmələ gəlir və əsasən qazla işləyən avtomobillərdə yanacaq kimi istifadə olunur. Məhz propanın zərərli olmasını əsas gətirərək paytaxtda olan bəzi ticarət mərkəzlərinə qazla doldurulmuş şarla girmək qadağandır. Bu helium şarlarına da aiddir.

Bakının ən iri ticarət mərkəzlərindən olan Park bulvardan REAL-a bildirdilər ki, bu tip şarların partlama və yanma riski çox olduğundan ticarət mərkəzinə gətirmək qadağandır. Binanın elə girişində valideyinlərə xəbərdarlıq olunur. Park bulvardan fəqli olaraq təssüf ki hadisənin baş verdiyi "Meqafan" əyləncə mərkəzində sullarımıza cavab verən tapılmadı.

Eyni münasibət Gənclik MALL ticarət mərkəzindən də gördük. Biz bu barədə danışmaq istəmirik dedilər. Əlbəttə bu onların haqqıdır. Amma bu əyləncə məkanlarında təhlükəsiz istirahət etmək də balacaların haqqıdır axı..

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə