Gürcüstan parlamenti müxalif deputatın həbsinə razılıq verib

Gürcüstan parlamenti müxalif deputatın həbsinə razılıq verib

Gürcüstan parlamenti müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı Nika Melianın toxunulmazlığının aradan qaldırılması barədə qərar qəbul edib.

REAL “Report”a istinadən xəbər verir ki, 91 deputat qərarın lehinə səs verib.

Müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar etiraz olaraq iclasda iştirak etməyiblər.

Plenar iclas parlamentin binası ətrafında müxalifət tərəfdarlarının etiraz aksiyası fonunda keçib.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu N.Melianın həbsinə razılığın verilməsi ilə bağlı parlamentə müraciət edib. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə