Lənkəranda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Lənkəranda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Lənkəranda bədbəxt hadisə baş verib.

REAL-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Separadi kəndində yerləşən və illərdir istifadəsiz qalmış tikilidə qeydə alınıb. 

Kənd sakini, 2003-cü il təvəllüdlü Elşad Bəhruz oğlu Ağayev fabrikin ikinci mərtəbəsindən yıxılıb və nəticədə ağır dərəcəli bədən xəsarətləri alıb. 

O, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə