Sakinlərin “pilot“ istəkləri - VİDEO

Sakinlərin “pilot“ istəkləri - VİDEO
“İnteks“ MMC 8 yaşayış binasını gələn il təhvil verəcək

Nərimanov rayonunda həyata keçirilən pilot layihələrin bəzilərinin icrasına mane olan əsas amillərdən biri həmin ərazidə yaşayan sakinlərdir.

Daha dəqiq köhnə və yaxud qəzalı evlərdə yaşayan ailələrdən bəziləri tikinti şirkətləri ilə razılığa gəlməkdə çətinlik çəkir. Elə "İnteks" MMC-də həyata keçirdiyi "Təbriz Palace" layihəsində sakinlərlə ortaq dil tapmaqda çətinlik çəkib.

Şirkət hər biri, 16,17 və 18 mərtəbəli binalar olmaq şərti ilə 8 binanı gələn il istifadəyə hazır vəziyyətə gətirəcək.

Nərimanov rayonunda tikinti işləri aparan "Sipark" inşaatdan isə bildirdilər ki, biz bu ərazidə yaşayan 170 yaxın sakin köçürülüb və bu binada yeni yeni təmirli mənzillərlə təmin olunacaqlar. 6 bloklu 16 mərtəbəli yaşayış binasının 4 blokunda inşaat işləri gedir. Digər 2 blokunda inşaası gələn aya planlaşdırılır. Ümumilikdə işlərin 2020-ci ilin sonlarına yekunlaşması planlaşdırılır. Tikintinin bir müddət ləngiməsinin də özünə məxsus səbəbləri var.

Nərimanov rayonunda tikinti işləri aparan "Çarbağ" şirkəti isə sakinlərlə razılaşmaqda elə də çətinlik çəkmiyib. Bunu deməyə əsas verən səbəb binanın cari ilin sentyabr oktyabr aylarında sakinlərin ixtiyarına veriləcəkdir.

Yeni mənzillərinə köçən sakinlər isə tikinti getdiyi müddətdə heç bir neqativ halla rastlaşmadıqlarını və yeni evlərini daha çox bəyəndiklərini qeyd etdilər.

Nəriman Nərimanov rayonu ərazisində "Armoniya", "Çinar-Z", "Dostluq-V", "Poleks rahatlığın məkanı" və başqa tikinti şirkətləri pilot layihəni həyata keçirirlər. Və bu şirkətlərdən bəziləri artıq sakinləri öz yeni mənzillərlə təmin edib bəzilərində isə tikinti işlərinin son mərhələsi gedir.

Qeyd edək ki, Nəriman Nərimanov rayonunda 30 pilot layihə həyata keçirilir. Bunlardan 5-də işlər yekunlaşdırılıb qalan 25 layihədə isə işlərin son mərhələsi yerinə yetirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə