Narkomaniya ilə mübarizə günü - VİDEO

Narkomaniya ilə mübarizə günü - VİDEO
Ölkədə 31.432 nəfər narkotik istifadəçisi qeydiyyatdan keçib

26 iyun bütün dünyada “Narkomaniya və Narkotiklərin Qanunsuz Dövriyyəsininə Qarşı Beynəlxalq Mübarizə günü” kimi qeyd olunur. İnsanlıq üçün böyük bir problemə çevrilən narkomaniya əhali, xüsusəndə gənclər arasında geniş yayılıb.

2018-ci ildə Səhiyyə Nazirliyindən verilən məlumatlara əsasən Azərbaycanda 31 432 nəfər narkoman rəsmi olaraq qeydiyyata alınmışdır. Onlardan 26 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatındadır. Ölkəmizdə xəstələrdə narkoloji asılılığın aradan qaldırılması üçün effektiv müalicə üsulları da tətbiq olunur.

Gənclərin maariflənməsi yönündə orta və ali məktəblərdə seminarlar keçirilir və narkomaniyanın səbəb olduğu bərpaedilməz xəstəliklər barədə məlumatlar verilir.

Bu məsələdə ən önəmli məsuliyyət valideynlərin üzərinə düşür. Onlar övladlarına qarşı diqqətli olmalı, problemləri ilə maraqlanmalı və mütəmadi olaraq nəzarətdə saxlamalıdırlar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə