16 nəfəri gün vurub - VİDEO

16 nəfəri gün vurub - VİDEO
6 nəfərə ilkin tibbi yardım edilib, 10 nəfər hospitalizasiya olunub

Yay mövsümü başlayandan 16 nəfər günvurma şikayəti ilə xəstəxanalara müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 6-na yerində ilkin tibbi yardım göstərilib, 10 nəfər isə hospitalizasiya edilib.

Günvuranlardan 10-u qadın, 6-sı kişi, 2-si uşaqdır. Mütəxəssislər günvurmadan qorunmaq üçün günün qızmar vaxtı çölə çıxmamağı tövsiyyə edirlər.

Həkim Aygün Məmmədova bildirdir ki, xüsusi ilə ürək xəstəsi olanlar, yaşlılar və uşaqlar günnən qorunmalıdılar.

Gün vurmanın əlamətləri bu cür hiss olunur: ürək bulanma, baş gicəllənmə halsızlaşma və ürək getmə. Bu cür hallarnan üzləşməmək üçün vətəndaşlara tövsiyyə olunur ki, günün ikinci yarısında istirahətə üz tutsunlar.

İnsanların su və sərinlədici içkilər çoxlu qəbul etmələri vacibdir.

Qeyd edək ki, vətəndaşların geyindiyi paltarlar geniş olması məsləhət görülür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə