Bakıda parkda qardaş bacısını öldürdü

Bakıda parkda qardaş bacısını öldürdü

Bakıda 19 yaşlı oğlan bacısını parkda bıçaqlayaraq öldürüb.

REAL “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə iyunun 26-ı axşam saatlarında baş verib.

Onlar hər ikisi Füzuli rayonundan qaçqın düşən ailənin övladlarıdır və Binəqədi rayonunda yaşayırlar. 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu bacısı, 1997-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızını “Xəqani” bağında bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.

İlkin məlumata görə, P.Nağıyev son günlər gecələr evdən qaçıb gec saatlarında gəlirmiş. Qardaşı Qalib dünən onu izləyib və bacısının həmin yerdə əxlaqsızlıqla məşğul olduğunu görüb. Həmin an da bacısı ilə mübahisə edərək onu öldürüb.

P.Turabova bir müddət əvvəl boşanıb və 1 uşağı var. O, evdən qaçdığı vaxtlar “Arena Pub” adlı kluba gedirmiş. 

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə