Küləkli hava nə vaxta qədər davam edəcək? - VİDEO

Küləkli hava nə vaxta qədər davam edəcək? - VİDEO
Sinoptiklər davam edən küləkli hava ilə əlaqədar proqnozları açıqlayır

Bakıda küləkli hava şəraiti 2 gündür davam edir.

Milli Hidrometeorologiya Departamentinin Baş Hidroloqu Asif Verdiyev REAL-ın birbaşa efirində faktiki və gözlənilən hava şəraiti barədə məlumat verib. 

"İyun ayının 30-u, iyul ayının 1-i ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensivləşib, leysan xarakterli olub. Ən çox intensiv yağışlar Böyük Qafqazın ərazisində müşahidə edilib. Yağan yaışlar nəticəsində Respublikanın əksər rayonlarında çaylarda, xüsusən də Böyük və Kiçik Qafqazın çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənib. Dənizdə dalğanını hündürlüyü 5,4 m-dən yüksək olub. Hal-hazırda küləkli hava şəraiti davam edir", deyə Milli Hidrometeorologiya Departamentinin Baş Hidroloqu Asif Verdiyev faktiki hava şəraiti barədə məlumat verib. 

Küləkli hava nə vaxta qədər davam edəcək?

"Bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin küləkli hava şəraiti davam edəcək. Üzü axşama doğru artıq küləyin nisbətən mülayimləşməsi gözlənilir. İyul ayının 2-də şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz küçəcəyi gözlənilir", - deyə Asif Verdiyev gözlənilən hava şəraiti barədə məlumat verib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə