Zaqatala rayonunun dağlıq ərazilərinə qar yağıb

Zaqatala rayonunun dağlıq ərazilərinə qar yağıb

Zaqatalanın yüksək dağlıq ərazilərinə qar yağıb.

REAL-ın APA-ya istinadən məlumatına görə, son üç gündür ki, respublikanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Bölgəyə fasilələrlə qısamüddətli yağış yağır, havanın temperaturu əvvəlki günlərlə müqayisədə +20 ℃ qədər aşağı düşüb. İyunun 30-dan iyulun 1-nə keçən gecə Zaqatalada havanın hərarəti +13 ℃ qədər aşağı düşüb.

İyunun 30-dan iyulun 1-ə keçən gecə Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində yüksək dağlıq ərazilərinə qar yağıb. Hazırda rayonda yağmursuz hava şəraiti müşahidə olunsa da, temperatur axşam saatlarında +16 ℃ müşahidə olunur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə