Bakıda Qazaxıstan orkestrinin simfonik konserti keçirilib - FOTO

Bakıda Qazaxıstan orkestrinin simfonik konserti keçirilib - FOTO

Bakıda Qərbi Qazaxıstan Vilayəti Estrada-Simfonik Orkestrinin görkəmli qazax dirijoru Qanat Əhmətovun rəhbərliyi ilə konserti keçirilib.

REAL Report-a istinadla xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğız Respublikası, Özbəkistan solistlərinin iştirakı ilə keçirilən konsertdə xalq nəğmələri, habelə Qurmanqazı, Muratbek Bəyəliyev, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Musa Bayjanulı, Seidulla Bayterekov kimi keçmişin və bu günün görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Hökumət üzvləri, millət vəkilləri, xarici diplomatik korpus nümayəndələri, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert Mədəniyyət Nazirliyinin dəstəyi, TÜRKSOY və Qazaxıstan səfirliyinin təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə