Qədim Şəki və Xan Sarayı Dünya İrs Siyahısına salınıb

Qədim Şəki və Xan Sarayı Dünya İrs Siyahısına salınıb

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınıb.

REAL APA-ya istinadən xəbər verir ki, bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.

Müzakirələrdən sonra Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun 2012-ci ildə keçirilən sessiyasında müzakirəyə çıxarılsa da İCOMOS nominasiyanı Dünya İrs Siyahısına daxil etməyib. Lakin 2017-ci ildə keçirilən sessiyada İCOMOS təklif edib ki, ərazidə əlavə konservasiya işləri aparılsın və bundan sonra müzakirəyə çıxarılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə