Azərbaycan güləşçiləri Yaponiyada hazırlıq keçirlər

Azərbaycan güləşçiləri Yaponiyada hazırlıq keçirlər

Sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığması ölkə xaricində təlim-məşq toplanışına başlayıb.

REAL APA-ya istinadla xəbər verir ki, iyulun 7-dən Yaponiyanın Komatsu şəhərində hazırlıqlara start verən milli yerli komanda ilə birgə məşq edir. 

Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında təlim-məşq toplanışına İslam Bazarqanov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov, Əşrəf Aşurov (hər ikisi 70 kq), İsmayıl Abdullayev (74 kq), Rəşad Yusifli (79 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) qatılıb. 

Yaponiya hazırlığı iyulun 17-dək davam edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə