Azərbaycan avarçəkənləri İtaliyada 12 medal qazanıblar

Azərbaycan avarçəkənləri İtaliyada 12 medal qazanıblar

Azərbaycan avarçəkənləri İtaliyanın Auronso di Kadoro şəhərində kayak və kanoe növləri üzrə “ICF Sprint Canoe Kayak International Event” yarışında 12 medal qazanıblar.

REAL Report-a istinadla xəbər verir ki, U-16, yeniyetmələr və gənclər arasında baş tutan yarışa 15 ölkədən 600 dən çox idmançı qatılıb. Azərbaycanı bu yarışda 200, 500 və 1000 m məsafələrdə 5 idmançı təmsil olunub.

Gənclərin fərdi yarışında Malxaz Çinçaraşvili kanoe növündə 500 və 1000 metr məsafəyə yarışda 1-ci yeri tutub. 200 metrdə isə bürünc medal qazanıb. Vadim Hüseynov isə 1000 metr məsafədə 3-cü olub.

Çinçaraşvili- Hüseynov ikilisi 500 və 1000 metr məsafəyə komanda yarışnda bütün rəqiblərini qabaqlayıblar. 200 metrdə isə 3-cü yeri tutublar.

Yeniyetmələrdə Cumber Çxutiaşvili 200 metr məsafəyə yarışda qalib olub. Tofiq Bayramov isə 16 yaşa qədər idmançıların mübarizəsində 2 medal götürüb: 500 metrdə 1-ci yer, 200 metrdə-2-ci yer. Gülnarə Həmzəyeva da Çxutiaşvili ilə eyni nəticəyə imza atıb.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Həmzəyeva yarışın ən gənc iştirakçısı olub. O, 2003 və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib. 

 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə