UEFA-nın icraçı direktoru: Azərbaycan vəzifəsinin öhdəsindən çox gözəl gəldi

UEFA-nın icraçı direktoru: Azərbaycan vəzifəsinin öhdəsindən çox gözəl gəldi

“Heç kim gözləmirdi ki, həlledici oyunda eyni şəhərin iki komandası olacaq. Bunun baş vermə ehtimalı minimuma bərabər idi”. 

REAL APA-ya istinadla xəbər verir ki, bunu UEFA-nın icraçı direktoru Martin Kallen deyib. 

O, xarici mətbuata verdiyi müsahibəsində mayın 29-da Bakıda keçirilmiş Avropa Liqasının final oyununa toxunub. M. Kallen bildirib ki, Azərbaycan paytaxtında hər şey gözəl alınıb: “Bakı Avropa Liqasının finalının ev sahibi kimi çoxdan seçilmişdi. Azərbaycan UEFA üzvlərindən biri kimi bu vəzifəsinin öhdəsindən çox gözəl gəldi. Bəli, şəhər qitənin uzaq nöqtəsində yerləşir və ora getmək asan deyil. Biz bunu başa düşürdük. Amma eyni zamanda belə bir matçı təşkil etməyi Mərkəzi Avropadan kənarda kiməsə vermək istəyirdik. Şəhər Avropa çempionatının özünə aid olan hissəsini çox yüksək səviyyədə keçirəcək. Dekabrda finalçılar bəlli olacaq və biz düzgün bölgü apara biləcəyik”. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə