Yelkənin sirlərini öyrənənlər - VİDEO

Yelkənin sirlərini öyrənənlər - VİDEO
Yelkənli İdman Federasiyası uşaqlar üçün məşqlər təşkil edir

Yelkənli İdman Federasiyası Optimist sinfi üzrə “Yay məktəbi 2019” layihəsinə start verib.

Məşqlərə 7-14 yaşlı uşaqlar qatılırlar. Onlara yelkən qurma, qayıqlardan istifadə etmə və sürmə qaydaları öyrədilir. Bundan başla təlimlərə qoşulan yeniyetmələr açıq dənizdə müxtəlif hava şəraitlərində təhlükəsiz şəkildə yelkənli qayığı manevrlərlə idarə etmə bacarığına da yiyələnirlər.

Təlim məşqlərin keçirilməsi üçün "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Bunlar Seyhun Yıldızla Tuğçə Subaşdır.

Qeyd edək ki, hazırlıqlar 3 mərhələdən ibarətdir. Layihənin 1-c dövrü iyulun 14-də başa çatacaq. Uşaqlar 22 iyul - 4 avqust tarixlərində 2-ci dəfə biraraya gələcəklər. Avqustun 5-də başlayacaq 3-cü dövr isə ayın 18-də yekunlaşacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə