İsmayıllıya dolu yağıb - VİDEO

İsmayıllıya dolu yağıb - VİDEO
Təbiət hadisəsi ciddi fəsadlar törədib

İsmayıllı rayonunda güclü külək leysan və yağış bir sıra fəsadlar törədib.

Təbii hadisə nəticəsində evlərə, ağaclara, elektrik xətlərinə ciddi ziyan dəyib.

Güclü yağışlar müşahidə olunan dolu İsmayıllı rayon Sulut Kələzeyvə Sərsurə Kalva və bu istiqamətdə olan digər kəndləri əhatə etmişdir. Bu kəndlərin fərdi təsərrüfatlari bütünlüklə məhv olmuşdur.Nəticədə çaylara güclü sel gəlmişdir

Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub. 

Güclü külək nəticəsində rayon mərkəzində elektrik enerjisinin təchizatı dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib. Hazırda rayonda güclü külək və leysan yağış davam edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə