Rektor: Azərbaycanda nümunəvi dövlət-din münasibətləri mövcuddur

Rektor: Azərbaycanda nümunəvi dövlət-din münasibətləri mövcuddur

"Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan siyasəti hazırda Prezident İlham Əliyevuğurla davam etdirir".

REAL Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda" adlı II beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanınır: "Bu ideyaların təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır".

Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğunu bildirən C.Məmmədov ölkədə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikildiyini, həmçinin təmir edildiyini diqqətə çatdırıb: “Qafqazın ən böyük məscidi olan “Heydər Məscidi”nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir”.

Rektor onu da qeyd edib ki, İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yeri danılmazdır. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə