Neftçalada baş verən qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb

Neftçalada baş verən qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

REAL APA-ya istinadla xəbər verir ki, hadisə Neftçala rayonunun Qarabucaq kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdiriliblər.

Qəzanın təfərrüatları aydınlaşdırılır. Faktla bağlı araşdırma aparılır.    

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə