Bu ilin ilk yarısında Azərbaycana gələn əcnəbilərin sayı 6,5% artıb

Bu ilin ilk yarısında Azərbaycana gələn əcnəbilərin sayı 6,5% artıb

Bu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1,4 mln-a çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86 min və ya 6,5% çoxdur.

REAL APA-ya istinadla xəbər verir ki, gələnlərin böyük hissəsini 29,4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24,3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub.

Qeyd edək ki, bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib.

Türkiyədən gəlmiş qonaqların sayı 3,7% artaraq 148 minə çatıb. Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur – artım ilin ilk yarısı üçün uyğun olaraq 37,8% və 50,2% olub.

Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80,2% artım) və Pakistan (19 min; 24,4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15,1% artım) və Türkmənistandır (21 min; 85% artım).

Səudiyyə Ərəbistandan gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.

2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17,2% təşkil edib.

Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə