Gədəbəyin daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib

Gədəbəyin daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib

Bu gün Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə - Novoivanovka, Çiçəkli, həmçinin Şahdağ kəndlərinə təbii qaz verilib.

REAL Report-a istinadla xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 996 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 88 456 metr müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, tezliklə tikinti quraşdırma işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Bildirilib ki, qeyd olunan bölgədə yerləşən yaşayış məntəqələrinə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə