Millimiz Bolqarıstana yollanıb - VİDEO

Millimiz Bolqarıstana yollanıb - VİDEO
Voleybolçular Olimpiya təsnifat mərhələsinə səfərdə hazırlaşacaq

Ayın əvvəlindən bir araya gələn voleybol üzrə qadınlardan ibarət millimiz məşqlərin Bakı mərhələsini başa vurub. 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan seçməmiz Bolqarıstana yola düşüb. Komandamız təlim-məşq toplanışı adıçəkilən ölkədə davam etdirəcək.

Millimiz daha sonra Rusiya və Türkiyədə də toplanışa qatılacaq. Voleybolçularımız hazırlıq çərçivəsində bolqarıstan və rusiyalı həmkarları ilə bir neçə yoxlama matçı da keçirəcəklər. 

Komandamız lisenziya xarakterli turnirin keçiriləcəyi Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq. 

Xatırladaq ki, seçməmiz olimpiya təsnifat mərhələsində meydan sahibləri ilə yanaşı Dominikan Respublikası və Kamerun komandaları ilə birdə D qrupunda mübarizə aparacaq. Qrupumuzun matçları avqustun 1-i 3-ü aralığında Uberlandiya şəhərində reallaşacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə