İyulun 17-də SOCAR İstiqrazları üzrə növbəti ödəniş həyata keçiriləcək

İyulun 17-də SOCAR İstiqrazları üzrə növbəti ödəniş həyata keçiriləcək

Bu ilin iyulun 17-də SOCAR İstiqrazlarının sayca 11-ci faiz ödənişi baş tutacaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13,75 mln. dollara olacaq.

REAL xəbər verir ki, “SOCAR Capital”dan “APA-Economics”ə verilən məlumata görə, hər istiqraz üçün 12,5 ABŞ dolları olmaqla, ümumilikdə 1,25 mln. dollar vəsait artıq Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 mln. dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – 2019-cu ilin ilk yarısında 232, ümumilikdə isə 1 791 əqd bağlanıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə