Boyat məntəqəsinə təzə yol - VİDEO

Boyat məntəqəsinə təzə yol - VİDEO
Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu yenidən qurulur

Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulur.

Uzunluğu 18 km olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bu 4.2 km Boyat, 4 km Qaraxanlı və 3.1 km uzunluğa malik Hacılar kəndlərinə gedən və kəndlərin daxili avtomobil yolları, həmçinin Biləyən kəndinin 6.7 km uzunluğa malik yoludur.

Uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən qara və çınqıl örtüklü olan avtomobil yolları yararsız vəziyyətdə idi. 

Yolun əkin sahələrindən keçən hissələrində yol yatağı suvarma və qurunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdür.

Layihənin sonuncu mərhələsində yol boyu 5 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu 45 yol nişanlı və məlumatverici lövhə, 344 təhlükəsizlik dirəklərinin, yolun dərələrdən keçən hissələrində hər iki tərəfdən 610 paqon-metr əyrixətli tirlərin quraşdırılması və yolda xətlənmə işləri aparılmaqla yaxın müddət ərzində müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə