Azərbaycanda daha iki xristian icması qeydiyyatdan keçib

Azərbaycanda daha iki xristian icması qeydiyyatdan keçib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib.

REAL xəbər verir ki, Komitədən APA-ya verilən məlumata görə, Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, dövlət tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır. 

S. Heydərov dini icmalara  fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalarını və konfessiyalar arasındakı mövcud anlayışa öz töhfələrini verməyi tövsiyə edib.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə