Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) bölük, batareya komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı keçirilib.

Müdafiə Nazirliyindən REAL-a verilən məlumata görə, toplantı çərçivəsində nəzəri və praktiki məşğələlərə cəlb edilmiş zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində toplantıya yekun vurulan zaman bildirilib ki, bölük, batareya komandirləri və müavinləri real döyüş şəraitində keçirilən məşğələlərdə atıcı silahlardan, zirehli döyüş maşınlarından, raket-artilleriya sistemlərindən və silahlanmaya yeni daxil edilmiş ən müasir hərbi texnikalardan məharətlə istifadə edərək yüksək nəticə göstəriblər.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə