Aramsız dolu Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda ciddi fəsadlar törədib

Aramsız dolu Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda ciddi fəsadlar törədib

Aramsız dolu və güclü külək Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna ciddi ziyan vurub.

REAL “Report”a istinadən xəbər verir ki, rayonun Şulaveri, Daştəpə və İmir kəndlərinə yağan dolu fəsadlara səbəb olub.

Təbiət hadisəsi nəticəsində bir neçə evin dam örtüyü, əkin sahələri və bəzi avtomobillərə ciddi ziyan dəyib.

Güclü külək bəzi kəndlərdə bir neçə ağacın aşaraq elektirik xətlərini zədələməsi ilə nəticələnib.

Dolunun Marneuli rayonuna vurduğu zərərin həcmi hesablanır. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə