“DOST“la tanışlıq - VİDEO

 “DOST“la tanışlıq - VİDEO
Diplomatik korpus nümayəndələri “DOST“un fəaliyyəti ilə tanış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində diplomatik korpus nümayəndələri ilə görüş keçirilib. 

Görüşdə 50 dən çox ölkənin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri, müşavirləri, habelə beynəlxalq təşkilatların ölkəmizdəki daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları DOST agentliyi və ilk DOST mərkəzi ilə tanış olublar.

Mərkəzdə sosial müavinətlər və təqaüdlər, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedeqoji və s sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.

Diplomatik korpus nümayəndələrinə Azərbaycanın DOST layihəsinə, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezidentin sosial islahatlar programının nailyyətləri barədə məlumat verərək, cari il ərzində dövlət başçısının təqdim etdiyi iki mühüm sosial paketin birbaşa olaraq 4,2 miliyon vətəndaşın əməkhaqqı, pensiya, müavinət və təqaüd formasında gəlirlərinin ciddi şəkildə artmasına, habela sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsinə səbəb olduğunu qeyd edib.

Nazir eyni zamanda Dost layihəsi əsasında ölkəmizdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması mərhələsinə keçdiyini deyib, DOST konsepsiyası barədə məlumat verib.

Nazir sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan işləri, Azərbaycanda ilk proaktib xidmət kimi elektron pensiya təyinatına keçildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, DOST mərkəzi hər gün orta hesabla 400-dən artıq vətəndaşa xidmət edir. Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərilir və gələcəkdə bu xidmətlərin sayı daha da artırılacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə