Mədəni irs siyahısı nəyi dəyişir? - VİDEO

Mədəni irs siyahısı nəyi dəyişir? - VİDEO
Dünya və Azərbaycanın irsə aid edilən abidələri ciddi qorunur və tanınır

UNESCO BMT-nin tərkibində bir qurumdur, beynəlxalq qurum. Onun da Dünya mədəni irsi siyahısı var. Bu siyahıya iclas və uzun müzakirələrdən sonra tarixi abidələr daxil edilir.

Bundan sonra həmin siyahı abidələr üçün hansı yeniliklər gətirir?

Yeri gəlmişkən, UNESCO-nun həmin mədəni irs siyahısında minə yaxın məkan var.

“Xan Sarayı" ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Ümumiyyətlə baxaq, bu mədəni irs siyahısı nədir? 

Dünya mədəniyyət mirasları siyahısı – UNESCO-nun Dünya Mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət olunan, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır.

1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi. Qətnamədə hamı tərəfindən Ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur. Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür.

Hal-hazırda 186 ölkədən 166 dünya irsi siyahısına əlavə edilməsi üçün sənədlər toplanır və abidələrdə araşdırmalar aparılır. Ən çox ümumdünya mirası İtaliyada yerləşir (43 ədəd). Amma UNESCO-nun Mədəni irsi siyahısına salınan lakin dağıdılan abidələr də var.

Suriyada belə hadisə oldu, Əfqanıstanda, Liviyada və s. Son bir neçə gündə Yəməndə UNESCO-nun Mədəni irs siyahısına salınan abidələrin hazırda gedən müharibəyə görə təhlükəli vəziyyətdə olduğu məlumdur.

Bunlardan illər öncə isə Azərbaycanın bu irsə aid abidələri Ermənistanın işğalı nəticəsində dağıdılıb və bir hissəsi dağılmaq üzrədir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə