Azərbaycan və Rusiya XİN rəsmiləri I Xəzər İqtisadi Foruma hazırlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Rusiya XİN rəsmiləri I Xəzər İqtisadi Foruma hazırlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə rusiyalı həmkarı, status-katib Qriqori Karasin arasında telefon danışığı baş tutub.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir.

"Söhbət zamanı ikitərəfli əməkdaşlıq, eləcə də tərəflərin qarşıdan gələn I Xəzər İqtisadi Forumuna hazırlıq, beynəlxalq və regional məsələlər müzakirə olunub", - nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, I Xəzər İqtisadi Forumu 2019-cu il avqustun 12-də Türkmənistanın "Avaza" milli turizm zonasında keçiriləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə