Bu ilin I yarısında Azərbaycanda əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilib

Bu ilin I yarısında Azərbaycanda əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilib

2019-cu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 131,6 mln. manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 68,4%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. 

REAL  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir. 

Məlumata görə, ümumi sərmayənin 63,8%-i məhsul istehsalı sahələrinə, 26,6%-i xidmət sahələrinə, 9,6%-i isə ümumi sahəsi 1 087,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,3%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,7%, büdcə vəsaitləri 27,7%, əhalinin şəxsi vəsaitləri 7%, bank kreditləri 6,8%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,4% təşkil edib.

2019-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə