İƏT ölkələrinin gəncləri İslam parlamentinin yaradılmasını istəyirlər

İƏT ölkələrinin gəncləri İslam parlamentinin yaradılmasını istəyirlər

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gəncləri İslam gənclər parlamentinin yaradılmasını dəstəkləyiblər.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə İslam ölkələrinin gənclərinin Qətərdə keçirilmiş sammitinin yekununda qəbul edilən qətnamədə deyilir.

İƏT-ə daxil olan müxtəlif müsəlman ölkələrindən olan iştirakçılar ölkələrin qadın və gənclərin milli siyasi proseslərdə iştirakını təmin etməli olduğunu qeyd ediblər. Onlar dini ekstremizmə qarşı mübarizə üzrə gənclərin sammitinin keçirilməsinə dair çağırış ediblər.

Bundan əlavə, İslam aləminin gənc nümayəndələri yekun sənəddə müsəlman ölkələrində idarəetmə sisteminin təkmilləşdirilməsi və İslam aləmində korrupsiyaya qarşı yol xəritəsinin qəbul edilməsini istəyiblər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə