“Pensiyaların artırılması məsələsinə hər ay baxaq” - Deputat

“Pensiyaların artırılması məsələsinə hər ay baxaq” - Deputat

Deputat Qüdrət Həsənquliyev pensiyaların məbləğinə ildə bir dəfə edilən indeksasiyanın hər ay edilməsini təklif edib. 

REAL “Qafqazinfo”ya istinadla xəbər verir  ki, o, parlamentin növbədənkənar sessiyasında bildirib ki, müvafiq dövlət qurumları bununla bağlı ayda bir dəfə yığışmalıdır: “İstehlak qiymətləri artır. Bu indeksə uyğun da ildə bir dəfə indeksləşmə aparılır. Deməli, pensiyaçılar bunun üçün bir il gözləməlidir. Elə edək ki, pensiyaçılar 1 ili gözləməsinlər”.

Vitse-spiker Valeh Ələsgərov isə deputata cavab olaraq qeyd edib ki, əgər ayda bir dəfə bu məsələyə baxılsa, pensiyalar bir ay qalxıb bir ay düşə bilər: “Ona görə də bu məsələdə orta dəyər anlaşıyından istifadə edilir və ildə bir dəfə indeksasiya pensiyaçıların pensiyasına tətbiq edilir”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə