Qarabağ Atçılıq kompleksi - FOTOLAR, VİDEO, YENİLƏNİB

Qarabağ Atçılıq kompleksi - FOTOLAR, VİDEO, YENİLƏNİB
36 hektar ərazidə yerləşən kompleksdə 245 baş Qarabağ atı var

“Dünyada 265 at növ var, onun 2-i Azərbaycandadır. Bunlardan biri Qarabağ, digəri isə Dilbaz atıdır. Hazırda “Qarabağ Atçılıq Zavodu” MMC-də 245 baş Qarabağ cinsindən olan at saxlanılır”.

REAL  xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi press-tur çərçivəsində jurnalistlərlə görüşən zavodun direktoru Maarif Hüseynov deyib.

"Bunlar 6 başı törədicisi ayğır, 60 başı ana madyan damazlıq, 61 başı bu il alınmış bala, qalanları az və orta yaşlı dişi və erkən atlardır. Zavodda atlar yüksək səviyyədə saxlanılır. Qiyməti 2 – 10 min manat arasında dəyişən heyvanların Avropanın inkişaf etmiş ölkələrinə ixrac edilməsi nəzərdə tutulub. Hazırda Azərbaycandan dünya bazarına at çıxarılmır, amma Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrə ixrac nəzərdə tutulub. İldə təxminən 25 baş at satıla bilər. Burada ildə 50 baş artım olur. Atlar təbii yolla artırılır", -deyə Maarif Hüseynov bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə