Polis Bakıda bankomatların yararsız hala düşməsi faktını araşdırır

Polis Bakıda bankomatların yararsız hala düşməsi faktını araşdırır

Bakıda iki bankomat yararsız vəziyyətə düşüb.

REAL xəbər verir ki, APA-nın məlumatına görə, Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən, "Beynəlxalq Bank"a və "Kapital Bank"a məxsus bankomatların yanaraq yararsız hala düşdüyü ehtimal olunur.

"Azərbaycan Beynəlxalq Bank"ın mətbuat xidməti rəhbəri Yadigar Cəfərov APA-ya açıqlamasında bildirib ki, banka bu barədə məlumat daxil olan kimi müştərilərin bankomat xidmətlərindən istifadəsi ilə bağlı çətinliklər yaranmaması üçün qısa müddət ərzində həmin ərazinin yaxınlığında yeni bankomat quraşdırılıb.

O, həmçinin, qeyd edib ki, hazırda müvafiq qurumlar hadisənin səbəblərini araşdırır. 

“Kapital Bank”ın mətbuat xidmətindən də APA-ya deyilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub: “Hazırda araşdırma aparıldığı üçün bankomatı hələlik yenisi ilə əvəz edə bilmirik. Yaxın günlərdə araşdırma yekunlaşandan sonra ərazidə yeni bankomat müştərilərin xidmətində olacaq”.

Hər iki bankdan bankomatlardan oğurluq edilmədiyi də bildirilib. 

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsindən isə APA-ya deyiblər ki, hazırda faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə