Gürcüstanda güclü dolu azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub

Gürcüstanda güclü dolu azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub

Gürcüstanda yağan güclü dolu və yağış azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında ciddi fəsadlar törədib.

REAL "Report"a istinadən xəbər verir ki, hər iki rayonun bir neçə kəndində yaşayış evləri və təsərrüfatlara ziyan dəyib.

Marneulidə təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb. Rayonda doludan ziyan görən 300-ə yaxın ailəyə çadırlar paylanılıb.

Marneuli rayonunun icra başçısı Zaur Darğallının rəhbərlik etdiyi komissiya təbii fəlakətin rayona vurduğu zərərin həcmini müəyyənləşdirir.

Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili dolunun problemlər yaratdığı Mamxuti, Talaver, Bolnisi və Zemo Bolnisi kəndlərinə baş çəkib. O, sakinlərə fəsadların aradan qaldırılacağını söz verib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə