“İslam sivilizasiyası Qafqazda“ II Beynəlxalq Simpoziumu öz işini başa vurub

“İslam sivilizasiyası Qafqazda“ II Beynəlxalq Simpoziumu öz işini başa vurub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işini başa vurub.

REAL APA-ya istinadən xəbər verir ki, bağlanış mərasimində Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarının Prezident İlham Əliyevə ünvanlanmış müraciətini oxuyub.

Müraciətdə qeyd olunur ki, Аzərbаycаn həm multikultural dəyərlərin tətbiqi və təbliği, həm də müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının yayılması baxımından nümunəvi ölkədir: “Dünyada sülh, əmin-amanlıq və tolerantlığın carçısı olan Azərbaycan, təəssüf ki, bu dəyərləri heçə sayan Ermənistanın təcavüzü ilə üz-üzə qalıb, torpaqlarının 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin salınıb. İşğal altındakı torpaqlarda yüzlərlə İslam mədəniyyəti nümunəsi məhv edilib, məscid və türbələr dağıdılıb. Simpozium iştirakçıları olaraq, dünya ictimaiyyətinin bu vandalizmə biganə qalmayacağına, Azərbaycanın haqlı səsinə səs verəcəyinə ümidvarlığımızı bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək. Möhtərəm cənab Prezident! Biz, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları bu beynəlxalq tədbirə göstərdiyiniz qayğı və diqqətə görə, bir daha Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanda və dünyada sülh və əmin-amanlığın qorunması, ölkəmizin inkişafı və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə