Hava dəyişəcək - VİDEO

Hava dəyişəcək - VİDEO
Sabah güclü külək əsəcək

Qarşıdakı iki gündə ölkə ərazisində hava şəraiti dəyişəcək. Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, güclü şimal-qərb küləyi əsəcək. 

Ayın 13-də küləyin maksimal sürəti paytaxtda arabir 23-28 metrə çatacaq. Ötən günlərlə muqayisədə temperatur 5-8 dərəcə aşağı enəcək.

Ayın 13 ve 14-də maksimal temperatur 27-31 dərəcə intervalında dəyişəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, leysan xarakterli intensiv olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə