Vilayət Eyvazov: “Son altı ayda 12411 cinayət qeydə alınıb“

Vilayət Eyvazov: “Son altı ayda 12411 cinayət qeydə alınıb“

Bu ilin 6 ayı ərzində daxili işlər və prokurorluq orqanları üzrə 12 411 cinayət qeydə alınıb.

REAL-ın APA-ya istinadən məlumatına görə, bunu Daxili İşlər naziri general - polkovnik Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında deyib.

Nazir bildirib ki, bu cinayətlərin 88,5 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlərin təşkil etdilib.

"Qəsdən adam öldürməyə cəhd cinayətlərinin 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin 8,1 faiz, xuliqanlıqların 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlərin 35 faiz azaldığını, həmçinin cinayətlərin acılmasının yüksək olmaqla 83,1 faiz təşkil etdiyini, məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxsin tutulduğunu vurğulayıb. Bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan, onlardan qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib". 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə