Sumqayıtda “KamAZ”ın vurduğu 24 yaşlı qız hadisə yerində ölüb

Sumqayıtda “KamAZ”ın vurduğu 24 yaşlı qız hadisə yerində ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REAL APA-ya istinadla xəbər verir ki, qəza şəhərin Səməd Vurğun küçəsində “Hacı Zeynalabdin Tağıyev” istiqamətinə gedən avtomobil yolunda qeydə alınıb. 

Belə ki, yolu keçmək istəyən piyada, 1995-ci il təvəllüdlü Əhmədzadə Səbinə Elçin qızını “KamAZ” markalı yük avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
 
Qəzanı törədən yük avtomobilinin sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırm aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə