Y.Rzazadənin vəziyyəti ağırdır - VİDEO

Y.Rzazadənin vəziyyəti ağırdır - VİDEO
Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini nəzarətinə götürüb

Yalçın Rzazadə səhhətində yaranan problemlərlə bağlı Türkiyəyə aparılıb.

Bundan əvvəl Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti ambulator müayinədən sonra evə buraxılmışdı. Lakin cümə axşamı günü vəziyyətinin ağırlaşması ilə əlaqədar Türkiyəyə aparılmasına qərar verilib.

Oğlu Orxan Rzazadənin sözlərinə görə xalq artistinin daxili orqanlarında ciddi problemlər var.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin müalicəsini Fond nəzarətinə götürüb. O, Fondun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Yalçın Rzazadə 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Gözəl qəlbə sahib mehriban, gülərüz, şən və zarafatcıl olmaqla seçilən bir insandır.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir. Onun ifa etdiyi “Bakı sabahın xeyir”, “Durnalar”, “İncə bellim”, “Gəl barışaq” və s. mahnıları dillər əzbəridir. Bununla yanaşı aktiv idmanla məşğul olan Yalçın Rzazadə karate üzrə iki dəfə çempion olub. Evlidir, üç övladı var. 

Xatırladaq ki, Yalçın Rzazadə mədəsində aşkarlanan yaralarla bağlı xəstəxanaya yerləşdirilmişdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə