“Şah“ın növbəti sülhü - VİDEO

“Şah“ın növbəti sülhü - VİDEO
Şəhriyar rusiyalı şahmatçını cavab görüşündə üstələməyə çalışacaq

Riqada şahmat üzrə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi davam edir. Yarışda 1/4 final mərhələsinin ilk oyunları təşkil olunub.

Şahmatçımız Şəhriyar Məmmədyarov polşalı Kriştof Duda ilə münasibətləri aydınlaşdırıb. Tərəflər 34-cü gedişdə sülh bağlayıblar. Nəticədə qrossmeysterlər qalibi müəyyənləşdirmək üçün bu gün cavab görüşü keçirəcəklər.

Xatırladaq ki, şahmatçımız 1/8 finalda rusiyalı Daniel Dubovu məğlub edib.

1/4 finalın digər oyunlarına gəlincə. Maksim Vaşe-Laqrav Veselin Topalovu mat qoyub. Sergey Karyakin Uesli So, Aleksandr Qrişuk Yu Yanqi sülh bağlayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə