"Sumqayıt" festivalın qalibi olub

İkinci yeri "Xırdalan" komandası tutub

Şağan Olimpiya İdman kompleksində Topaz futbol festivalının final mərhələsinin final oyunları keçirilib.

Həlledici qarşılaşma Sumqayıtın eyni adlı komandası ilə Xırdalan kollektivi arasında baş tutub.

Gərgin keçmiş görüş gənclər şəhəri təmsilçilərinin zəfəri ilə yekunlaşıb. 3-cülük uğrunda qarşılaşma da kifayət qədər maraqlı alınıb. Füzuli və Xəzər Lənkəran komandalarının görüşündə əsas vaxtda tərəflərdən heç biri üstünlük qazana bilməyib.

Nəticədə 7 metrlik zərbələri daha dəqiq yerinə yetimiş Füzuli futzalçıları bürünc medallara yiyələniblər.

Qeyd edək ki, festivalda ümumilikdə 48 klub mübarizə aparıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə