“Qarabağ” cavab matçına hazırdır - VİDEO

 “Qarabağ” cavab matçına hazırdır - VİDEO
Biletlərin 3600 ədədi satılıb

“Qarabağ” klubu çempionlar liqasının təsnifat mərhələsi çərçivəsində “Partizani” ilə keçiriəcəyi oyunun hazırlığını başa vurub.

Komandamızın oyun öncəsi son məşqi Azərsun arenada təşkil olunub.

Hazırlıqdan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandırıb. Təcrübəli mütəxəssi matçın Dalğa Arenada keçirilməsinə də münasibət bildirib.

“Qarabağ”-“Partizani” oyunu üçün satışa çıxarılmış biletlərin 3600-ü satılıb. Stadionun tutumunun 6500 nəfər olduğunu nəzərə alsaq arenanın dolacağını proqnozlaşdırmaq olar.

Albaniyada qeydə alınmış 0-0 hesablı heç-heçədən sonra hər iki komandanı minimal hesablı qələbə qane edəcək.

Saat 21:00-da başlayacaq qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Dmitri Muntean olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə